bizimlə həyatınız rəngarəng olacaq...
Tel.: (+994 12)no skype addon 480 32 89; (+994 55)no skype addon 506 90 72

Metallaşdırma

VİTRAJ.AZ istehsalat şirkəti kimyəvi metallaşdırma texnologiyasından istifadə edir. Bu üsul ilə əldə edilmiş metal örtük qalvanik yolla alınmış xrom örtük ilə vizual olaraq tam uyğundur və ondan fərqli olaraq ekoloji təmizdir və ətraf mühitə zərər vermir. Güclü əks etdirici keyfiyyətlərə görə, metallaşdırma üsulu qalvanik xrom örtük əvəzinə tam olaraq tətbiq edilə bilər. Rəng qammasının geniş seçimi kimyəvi metallaşdırma texnologiyasının əlavə üstünlüyüdür. Xromdan başlayaraq latun, tunc və qızıla qədər bir çox metalların görünüşünü əldə etmək mümkündür.

Bundan əlavə, örtüyə müxtəlif çalarlar da əlavə etmək olar. Metallaşdırmanın bu üsulu ilə müxtəlif metalların səthini işləyə bilərsiniz. Bu, metal, plastmassa, keramika, ağac, dəri, parça və s. ola bilər. Bu texnologiya maşınqayırma, arxitektura, dizayn, həmçinin digər sahələrdə geniş şəkildə inkişaf etmişdir.

VİTRAJ.AZ istehsalat şirkəti keyfiyyətə önəm verir və italiya istehsalı olan reagentlər və sərf edilən materiallardan istifadə edir.


Katalitik xromlaşdırma aşağıdakı texniki xüsusiyyətlərə malikdir:

  • Son dərəcə möhkəm və davamlıdır.
  • Əla yapışma xüsusiyyəti.
  • Rütubətlik, ultrabənövşəyi şüalar və temperatur dəyişikliklərinə qarşı davamlılıq.
  • Kimyəvi təsirə qarşı dayanıqlılıq.
  • Mexaniki təsirə qarşı dayanıqlılıq.
  • Ekoloji təmizlik və təhlükəsizlik.