Tökmə vitraj
Maşın texnologiyası vasitəsi ilə qabarıq konturun, sonrada rəngli qatran tökmək ilə şüşənin üzərinə çəkilməsi ənənəvi vitrajın dəqiq effektini yaradır. Yüksək sürət və ixtisaslaşdırılmış avadanlığın dəqiq layihələşdirməsi, həmçinin materialların geniş rəng spektri, tamamilə müxtəlif olan ənənəvi-klassik effektlərdən ultra müasir effektlərə qədər əldə etməyə imkan yaradır.
Resin Stained Glass vitraj effektlərin şüşə səthi üzərində, güzgülər, metlax və hətta qeyri metal və bəzi laminasiya edilmiş əsaslarda, həmçinin istənilən hamar səthdə yaradılmasına inanılmaz imkanlar yaradır.
Arsenalda müxtəlif rəngli - qara, ağ, şəffaf, qızıl, gümüş, mis və qalay rəngində yeddi qabarıq kontur var. Kontur quruduqdan sonra, aradakı sahəyə polimer qatran tökülür.
Şəffaf və qeyri-şəffaf polimer rəngli tonların, neytral rənglərdən müxtəlif əlvan rənglərə qədər tam palitrası və çalarlar arasında olan yüngül keçid, Sizin vitraj üçün inanılmaz imkanlar yaradır.
Resin Stained Glass vitrajları ilə arzu etdiyiniz evin interyerini doldurun! İnteryerə öz xarakterinizin rəngarəngliyini, stilə, ölkələrə, mədəniyyətlərə olan sevginizi əlavə edin. Sizə nə daha yaxındır? Modern, Mavritaniya və ya Barokko? Və ya ənənəvi Azərbaycan Şəbəkəsi?
Pəncərələr, qapılar, arakəsmələr, mebel fasadları, asma tavanlar, divarlar, və qış bağçaları – indi Sizin yaradıcı imkanlarınız yalnız Sizin fantaziyanızla məhdudlaşır!
Xüsusi və ictimai interyerlər üçün Resin Stained Glass texnologiyası istənilən ölçüdə, həm kiçik, həm də monumental vitrajların sifarişini yerinə yetirməyə imkan yaradır.